Kahramanmaraş bələdiyyəsinin SƏDRİ: “Zəlzələdən bu günə qədər Azərbaycan həmişə yanımızda oldu”

Kahramanmaraş bələdiyyəsinin SƏDRİ: “Zəlzələdən bu günə qədər Azərbaycan həmişə yanımızda oldu”

Hazırda oxunan: Kahramanmaraş bələdiyyəsinin SƏDRİ: “Zəlzələdən bu günə qədər Azərbaycan həmişə yanımızda oldu”

179649

“Can Azərbaycana çox təşəkkür edirik. Zəlzələnin mərkəzi olan Kahramanmaraşdan ən dərin sevgimizi və hörmətimizi sizə ünvanlayırıq. Biz böyük bir acı, böyük bir fəlakət yaşadıq. Əlbəttə ki, dostlarımız və qardaşlarımız yanımızda oldu. Bunlardan biri də, qardaş Azərbaycan idi”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında Kahramanmaraş vilayətinin bələdiyyə sədri Hayrettin Güngör deyib. 

Zəlzələ zamanından bu günə kimi Azərbaycanın yanlarında olduğunu deyən cənab Güngör, hazırda Kahramanmaraşın yenidən inşasında da ölkəmizin fəal iştirak etdiyini qeyd edib.
“İki böyük zəlzələ zamanı qardaşlarımız həm axtarış xilasetmə, həm humanitar yardım mövzusunda ilk günlərdə yanımızda idi. Çox böyük fədakarlıqla çalışdılar. Biz o günləri unutmuruq, bu dəstəyi unutmuruq. Azərbaycanımızın Kahramanmaraşımızda, Azərbaycan məhəlləsində yenidənqurma işlərini həyata keçirməsi olduqca anlamlıdır. 

Təbii ki, böyük bir maliyyə var. Lakin bundan başqa, görülən işlərin çox böyük mənəfi tərəfi var.

İki qardaşın birgə səylərinin nə qədər qiymətli olduğunu bilirik. Videobağlantı vasitəsi ilə iki prezidentimiz təməlqoyma mərasimində iştirak etdilər. Görülən işlərin nəticəsi isə çox möhtəşəm olacaq”, - deyə H.Güngör əlavə edib.

Tehran Orucoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO