“Ermənistanın sərhəd təxribatlarının arxasında Fransa dayanır” – Xarici analitiklərin ÖZƏL ŞƏRHİ 

“Ermənistanın sərhəd təxribatlarının arxasında Fransa dayanır” – Xarici analitiklərin ÖZƏL ŞƏRHİ 

Hazırda oxunan: “Ermənistanın sərhəd təxribatlarının arxasında Fransa dayanır” – Xarici analitiklərin ÖZƏL ŞƏRHİ 

178085

Xəbər verdiyimiz kimi, fevralın 12-də Ermənistanın Silahlı Qüvvələrinin hərbi təxribatı nəticəsində Azərbaycanın Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu yaralanıb. Dövlət Sərhəd Xidmətinin həyata keçirdiyi “qisas əməliyyatı” nəticəsində isə düşmənin postu darmadağın edilib, eyni zamanda 5 erməni silahlısı məhv edilib, bir neçə isə yaralanıb. 

Bundan əlavə, fevralın 12-si saat 20:50-də və 23:40-da Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Tovuz rayonunun Koxanəbi yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Bəs, Ermənistanın sərhəd təxribatlarının arxasında nə dayanır?

Rusiyalı politoloqlar mövzu ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşüblər.
 

MÖVZU İLƏ BAĞLI:

Medvedev: “Azərbaycanla müttəfiqlik Cənubi Qafqazda təhlükəsizliyin möhkəmləndirilməsinə xidmət edir”


Rusiya prezidenti yanında beynəlxalq əlaqələr şurasının Rəyasət Heyətinin üzvü Boqdan Bezpalko, sərhəddə baş verən proseslərin daha dərindən araşdırılmalı olduğunun vacibliyini vurğulayıb.

“Mən düşünürəm ki, ilk növbədə bu hadisə ilə bağlı hərtərəfli, hətta, ola bilsin ki, beynəlxalq miqyasda araşdırmanın aparılması lazımdır. Diqqət edin, iki dövlət arasında gərginlik olan regionlarda, xüsusən də silahlı münaqişədən sonra ya sülhün birtərəfli pozulması və ya hansısa təxribatçı hərəkətlərin törədilməsi müxtəlif səbəblərlə əlaqəli olur. Bu hadisə də hərtərəfli araşdırılmalıdır. 

İkincisi, indi Avropa İttifaqı, daha doğrusu, Avropa İttifaqından olan bəzi dövlətlər, xüsusən də Fransanın Ermənistanı təxribata çəkməsi də mümkün ola bilər. Fransa Qafqazda sabitliyi pozmaq məqsədini reallaşdırmaq üçün təxribat törədə bilər. Çünki Fransa və digər Avropa ölkələri, Qərbə rəqib olan dövlətlər üçün böyük problemlər yaratmağa çalışırlar”, - deyə B.Bezpalko əlavə edib. 

“Aİ missiyası nə işlə məşğuldur?”

Rusiya Etnik və Beynəlxalq Araşdırmalar mərkəzinin elmi direktoru Anton Bredixin isə əlavə edib ki, regionda sülh üçün maraqlı olan ölkələr Türkiyə və Rusiyadır. Elə bu səbəbdən Qərb hər vəchlə Ermənistanı sülhdən yayındırmağa çalışır:

“Ermənistandakı Aİ missiyası hansı rolu oynayır? Bəlkə onun təkcə humanitar yox, həm də əlaqələndirici xarakteri var? İstisna etmək olmaz ki, vəzifəsi regionda qeyri-sabitlik yaratmaq olan bu şəxslər mülki insanlar kimi maskalana bilərlər. Avropalılar Donbasda ATƏT bayrağı altında bu varianta əl atıblar. 
Onlara münaqişə lazımdır. Onlar Ermənistanla Azərbaycan arasında sülh sazişi istəmirlər. Sülhün imzalanmasına ancaq Rusiya çalışır. Nəticə etibarı ilə Fransa və kollektiv Avropa bütün təxribatlarda qərəzli olaraq Azərbaycan tərəfini günahlandırır”, - deyə A.Bredixin qeyd edib.

Tehran Orucoğlu, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO