Avropa Şurasının Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

Avropa Şurasının Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

Hazırda oxunan: Avropa Şurasının Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

177949

Avropa Şurasının Baş katibi Azərbaycan və Ermənistanı təmkinli olmağa çağırıb.

Bizim.Media xəbər verir ki, bu barədə Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç “X”də yazıb.

“Azərbaycan və Ermənistan sərhədində (şərti -red.) atışmaların olması barədə məlumatlardan narahatıq. Hər iki tərəfi təmkinli olmağa çağırıram. Dialoq davamlı sülh əldə etməyin yeganə yoludur”, - deyə o bildirib.

Xatırladaq ki, fevralın 12-də Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə açılan atəş nəticəsində əsgər Xəlilzadə Pərviz Ağakişi oğlu yaralanıb.

DSX bölmələri fevralın 13-də Ermənistan Silahlı Qüvvələrinin dünən törətdikləri təxribata cavab olaraq “Qisas əməliyyatı” keçirib.

Məlumata görə, əməliyyat nəticəsində dünən əsgərimizə atəş açılan Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsinin yaxınlığındakı döyüş postu tamamilə darmadağın edilib, döyüş mövqeləri susdurulub.
Ermənistan Müdafiə Nazirliyi dörd hərbçisinin öldüyünü, birinin yaralandığını etiraf edib.


Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO