Türkiyə siyasətçiləri İlham Əliyevə uğurlar arzuladı - FOTO

Türkiyə siyasətçiləri İlham Əliyevə uğurlar arzuladı - FOTO

Hazırda oxunan: Türkiyə siyasətçiləri İlham Əliyevə uğurlar arzuladı - FOTO

177112

“30 il sonra Azərbaycanın bütün torpaqlarında, o cümlədən işğaldan azad olunan Qarabağda yüksək seçici fəallığı ilə keçirilən seçkilərdə yenidən qalib gələn Can Azərbaycanın cənab Prezidenti İlham Əliyevi qələbə münasibətilə təbrik edirəm”.

Bizim.Media xəbər verir ki, bunu Türkiyənin keçmiş xarici işlər naziri, bu ölkənin parlamentinin NATO-dakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu “X”dəki hesabında yazıb.

“Azərbaycanlı qardaşlarımız onun liderliyi altında neçə-neçə zəfərlər qazanmağa davam edəcək”, - M.Çavuşoğlu bildirib.

Həmçinin Türkiyədə prezidentliyə keçmiş namizəd, əslən azərbaycanlı Sinan Oğan da Prezident İlham Əliyevi təbrik edib: 

“Bu gün Azərbaycanda baş tutan prezident seçkilərində qalib gələrək yenidən dövlət başçısı seçilən İlham Əliyevi təbrik edirəm. 30 il davam edən işğaldan sonra azad edilmiş Qarabağda və Şərqi Zəngəzur da daxil olmaqla bütün Azərbaycan torpalarında baş tutan bu əhəmiyyətli seçkilərin Azərbaycandakı qardaşlarımıza və bütün türk dünyasına xeyirli olmasını arzu edirəm”.

Qeyd edək ki, bu gün Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilib.




Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO