Ukrayna savaşından TEXAS BÖHRANINA - ABŞ-ı parçalanmaya sürükləyən gərginliyin PƏRDƏARXASI 

Hazırda oxunan: Ukrayna savaşından TEXAS BÖHRANINA - ABŞ-ı parçalanmaya sürükləyən gərginliyin PƏRDƏARXASI 

175592

ABŞ-ın Texas ştatı prezident Co Baydenlə miqrasiya və Ukraynaya qarşı siyasəti ilə razılaşmayan respublikaçılarla demokratlar arasında qarşıdurmanın episentrinə çevrilib.

Problemin görünən tərəfi ondan ibarətdir ki, qubernator Qreq Ebbotun başçılıq etdiyi əyalət hakimiyyəti Meksika ilə sərhəddə qeyri-qanuni mühacir axınının qarşısını almağa çalışan “Lone Star” əməliyyatını davam etdirmək istəyir. Çünki 2024-cü ilin ilk günlərindən ABŞ-ın cənub sərhədində böhranlı vəziyyət yaranıb.
 

MÖVZU İLƏ BAĞLI:

25 ştat Texasla birləşərək dövlətə qarşı üsyan ELAN ETDİ - VİDEO


Co Bayden iqtidarı isə yaranmış vəziyyətdə Texas ştatının rəhbərliyini müdafiə etməyib. Əksinə Ali Məhkəmənin dəstəyi ilə Texas ştatına ultimatum verilib ki, Texas qubernatorluğunun miqrantlarla bağlı mövqeyi düzgün deyil.  

Əslində isə…

Nəzərə alaq ki, artıq neçə illərdir ki, Meksika ilə sərhəddə Texas qubernatorluğu keçilməz divar inşa edir. Amma vəsait çatışmazlığı üzündən tikinti yanvar ayından dayandırılıb. Texas qubernatorluğu də tələb edir ki, Ukraynaya edilən maliyyə yardımları azaldılsın və kəsilən maliyyə hesabına sərhəddəki layihənin icrası davam etdirilsin. Onu da qeyd edək ki, Texas ştatında hakimiyyət Respublikaçıların əlindədir. Bu da bölgədəki vəziyyəti bir qədər də qəlizləşdirir. 

Respublikaçılar tələb edir ki, Ukraynadan əvvəl ölkənin daxili problemləri həll edilməlidir.

Respublikaçıların bu haqlı tələbinə 25 ştatın respublikaçı qubernatorları da qoşulub. Onlar hətta Bayden hökümətini “Texas ştatına təcavüz etməkdə” günahlandırıblar. Çünki Ağ Evdəkilər Texasa təkcə Ali Məhkəmənin qərarını yox, həm də xüsusi təyinatlı qoşun birləşmələri göndərib. ABŞ-ın bir sıra KİV-lər hesab edir ki, proseslər vətəndaş müharibəsinə doğru gedir.

Texasdakı “Lone Star” əməliyyatı nədir?

“Lone Star” əməliyyatı 2021-ci ildə Texas qubernatoru Abbott tərəfindən başladılıb. Səbəbsə Baydenin immiqrasiya qanunlarını yumşaltmasından sonra Latın Amerikasından qeyri-qanuni miqrant axınının kəskin artması olub. Abbottun əmri ilə Texas hüquq-mühafizə orqanlarına Meksika ilə sərhədi müstəqil mühafizə etmək göstərişi verilib. Bu göstərişə həm də tikanlı məftillərin çəkilməsi, habelə qaçqınların tutulması daxildir. 

Ötən dövrdəki əməliyyatlar zamanı Texas Milli Qvardiyası təxminən yarım milyon insanı saxlayıb. Həmçinin 35 minə yaxın miqrantı həbs edib. Texas qubernatorluğunun təşəbbüsləri hesabına həm də son 3 ildə Kaliforniya, Arizona və Nyu Meksikoya miqrantların axını azalıb.

Lakin ötən dövrdə ABŞ Demokrat Partiyası Respublikaçı qubernatorun addımlarını ciddi şəkildə tənqid edib. Bu tənqidlərə isə qəribə cavab verilib. Texas hakimiyyəti Demokrat siyasətçilərin rəhbərlik etdiyi ən böyük ştat və şəhərlərə avtobuslarla minlərlə qeyri-qanuni miqrant göndərib. 
“Abbottun avtobusları” adlandırılan avtomobillərlə demokratların rəhbərlik etdiyi Nyu-York, Çikaqo və Denver kimi şəhərlərə çoxlu sayda miqrant göndərilib. Bu isə ölkədə humanitar böhrana səbəb olmaqla yanaşı demokratların qəzəbinə səbəb olub.

Demokratların əks-hücum planı

Yanvarın 22-də demokratların təşəbbüsü ilə məsələ Ali Məhkəmənin müzakirəsinə çıxarıldı. Təbii ki, Ali Məhkəmə Baydenin qərarını dəstəklədi və ştatın addımlarını konstitusiyaya zidd addım elan etdi. Məhkəmə həmçinin federal hakimiyyət orqanlarına qurulan sərhəd maneələrini sökmək hüququ verdi. 

Lakin Texas qubernatorluğu Ali Məhkəmənin qərarını yerinə yetirməkdən imtina etdi. Nəticədə, yanvarın 23-də Texasla rəsmi Vaşinqton arasında qarşıdurma silahlı toqquşmalara qədər yüksəldi. Texas Milli Qvardiyası ABŞ Federal Sərhəd Patrulunun məntəqəsini ələ keçirdi.

Rəsmi Vaşinqtonsa bunu dövlət sərhədinə təcavüz kimi qiymətləndirdi və ştata əlavə ordu qüvvələri göndərdi.

Yanvarın 23-də ABŞ Daxili İşlər Nazirliyi Texas Milli Qvardiyasına sərhəddi tərk etməyi və federal təhlükəsizlik qüvvələrinə qaçqınlar üçün obyektə girişi təmin etmələrini əmr etdi. Lakin Qubernator Abbott  buna cavab olaraq bildirdi ki, Co Bayden “Konqres tərəfindən qəbul edilmiş immiqrasiya qanunlarını sədaqətlə yerinə yetirmək üçün verdiyi andı pozdu”. 

Qubernatorun bu üsyankar bəyanatından sonra Prezident Bayden Texas hakimiyyətinə ultimatum verdi ki, “miqrantlara qarşı bütün maneələri aradan qaldırın və sərhədi təmizləyin. Əks halda, Texas hakimiyyəti federal məhkəmə ilə deyil, federal ordu ilə üz-üzə qalacaq”. 

Demokratlar və Respublikaçılar arasında münaqişə Ukraynaya görə yaranıb?

Texas hakimiyyətinin və onlara qoşulan 25 ştatın narazılığının əsas səbəbi  Ukraynaya edilən limitsiz maliyyə yardımıdır. Bu məsələ respublikaçılar və demokratlar arasında münaqişə səviyyəsinə yüksəlib. Yanvarın 3-də ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Mayk Conson bildirib ki, Meksika ilə sərhəddə divarların inşasına və qanunsuz miqrasiyanın qarşısını almaq üçün tələb olunan 10 milyard dolları federal hakimiyyət orqanları ödəməsə, onda respublikaçılar Ukraynaya vəsait ayırılmasına qarşı çıxacaqlar.

Lakin hələ ki, Demokratlar təklif olunan qanun layihəsini rəsmən rədd edir. Texas rəhbərliyindən Ali Məhkəmənin qərarının icrasını tələb edir. Bu da ölkədə ciddi qarşıdurma yarandığından xəbər verir. 
Beynəlxalq ekspertlər hesab edir ki, bu cür qarşıdurmalar bundan sonra ABŞ-da tez-tez baş verəcək. Çünki ABŞ-ın Federal Büdcəsi boşalıb. Ölkədə bir çox sosial-iqtisadi layihələr yarımçıq dayandırılıb. Bütün bunların müqabilində Ukraynaya milyardlarla yardımların edilməsi ABŞ-da ciddi narazılıqlara yol açır. Ona  görə də Ukrayna-Rusiya münaqişəsi artıq ABŞ-ın iqtisadi probleminə çevrilməkdədir.

Heç kimə sirr deyil ki, ABŞ Ukraynada müharibəni gərginləşdirməklə Rusiyanı zəiflətmək, parçalamaq planları qururdu. İndi isə vəziyyət 180 dərəcə dəyişib və ABŞ-ın özü parçalanma mərhələsinə qədəm qoyur…

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO