Rusiyalı senator AŞPA-da Azərbaycanla bağlı səsverməni şübhəli demokratiya vəziyyəti ADLANDIRDI

Rusiyalı senator AŞPA-da Azərbaycanla bağlı səsverməni şübhəli demokratiya vəziyyəti ADLANDIRDI

Hazırda oxunan: Rusiyalı senator AŞPA-da Azərbaycanla bağlı səsverməni şübhəli demokratiya vəziyyəti ADLANDIRDI
175123
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Avropa Şurası Parlament Assambleyasının  metod və taktikası uğursuzdur”.  

Bizim.Media xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının vitse-spikeri Konstantin Kosaçev AŞPA-nın Azərbaycan nümayəndə heyətinin etimadnaməsini təsdiqləməmək barədə qərarına “Telegram” kanalında münasibət bildirərkən yazıb.

“Əgər AŞPA Eurovisionda olduğu  kimi müvəqqəti dostların bir-birlərinə səs verdikləri qapalı kluba çevrilməyi qarşısına məqsəd qoyubsa, onda heç bir sual yoxdur. Qoyun, belə davam etsin.

Əgər o, hələ də bərabər şərtlərlə dialoq imkanı olan kreativ parlament platforması olmaq iddiasındadırsa, deməli, onun metod və taktikası heç vaxt olmadığı qədər iflasa uğrayıb. Bu, yeraltı dünyasına gedən yoldur”, - deyə senator vurğulayıb.

Kosaçev qeyd edib ki, o, səlahiyyətlərinin məhrum edilməsini seçki prosesinə müdaxilə cəhdi kimi qiymətləndirən və AŞPA-da fəaliyyətini dayandıran azərbaycanlı parlamentarilərin motivasiyasını başa düşür və onların emosiyalarını bölüşür.

O, Avropa parlamentarilərinin “cəza qərarı”nın səs vermək hüququ olan 300-dən çox iştirakçıdan təxminən 70-nin səsi ilə qəbul edildiyini şübhəli demokratiya vəziyyəti adlandırıb.

“Belə görünürdü ki, ilkin müsbət potensialını unudan AŞPA artıq dibə çatıb, amma necə deyərlər, bundan da dibi var imiş”, - deyə rusiyalı senator yekunlaşdırıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO