“Ermənistan sülhdən yayınır, yenidən “Dəmir Yumruğ”u İŞƏ SALACAĞIQ” – DEPUTAT 

“Ermənistan sülhdən yayınır, yenidən “Dəmir Yumruğ”u İŞƏ SALACAĞIQ” – DEPUTAT 

Hazırda oxunan: “Ermənistan sülhdən yayınır, yenidən “Dəmir Yumruğ”u İŞƏ SALACAĞIQ” – DEPUTAT 

173681

Son günlər Ermənistanın istər Baş naziri, istərsə də digər rəsmi şəxsləri Zəngəzur dəhlizini inkar edir və bu yolun sülh müqaviləsində olmadığını dilə gətirirlər. Dünən bu siyahıya daha bir şəxs əlavə olundu. Belə ki, erməni spiker Alen Simonyan bu barədə danışıb. O bildirib ki, sülh müqaviləsində bu mövzu ilə bağlı bağlı bənd yoxdur və ola da bilməz.

Millət vəkili Elman Məmmədov mövzu ilə bağlı Bizim.Media-ya danışıb.
 

MÖVZU İLƏ BAĞLI:

Paşinyan: “Ermənistanla Azərbaycan arasında davamlı sülhü istəməyən qüvvələr var”


O qeyd edib ki, Ermənistanın danışıqlardakı mövqeyi stabil deyil və müxtəlif rəsmi şəxsləri fərqli, sarsaq fikirlər səsləndirirlər: 

“Ermənistan ABŞ-dən, Qərbdən, Avropadan, Rusiyadan və s. tapşırıqlar alır. Bu ölkəyə saxta vədlər verirlər. Beləliklə, sülh sazişinin imzalanması məsələsi çətinləşir. Ermənistan danışıqları pozmağa çalışır, silahlanır, hərbçilərini NATO ölkələrində təlimlər keçməyə göndərir. Biz hər zaman rəsmi qaydada deyirik ki, Zəngəzur dəhlizinin açılması üçün hazırlıq işləri gedir. 

Çox güman ki, Ermənistanı sülhə məcburetmə variantından istifadə etməli olacağıq. Onlar məcburiyyət qarşısında qalıb, Zəngəzur dəhlizinin açılması ilə bağlı razılığa gələcəklər. Gedişat da bunu göstərir. Ermənistan sülh istəmir, ancaq güc qarşısında sülhü düşünə bilərlər. Onlar sadəcə vaxt qazanmaq istəyirlər. 

“Dəmir Yumruğ”u işə salmağımız Ermənistanın günahı olacaq, bizim yox. 

Ermənistan müxtəlif ölkələrdən silahlar alıb-gətirir, çünki xoşagəlməz niyyətləri var. İstənilən tərbirləri görməyə, onları daim yerində oturtmağa hazırıq. Ermənistan qonşuluqda sülh şəraitində yaşamaq istəyirsə, Azərbaycanın təkliflərini qəbul etməlidir. Çünki bu təkliflər beynəlxalq hüquqa əsaslanır”. 

Məhərrəm Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO