Türkiyənin vitse-prezidenti Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət etdi – FOTO  

Türkiyənin vitse-prezidenti Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət etdi – FOTO  

Hazırda oxunan: Türkiyənin vitse-prezidenti Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət etdi – FOTO  

169898

Azərbaycanda səfərdə olan Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib. 

Bizim.Media xəbər verir ki, Azərbaycanda səfərdə olan Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub. 
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev Türkiyənin vitse-prezidentini qəbul edib - FOTO


Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb. 


Sonra qonaqlar Şəhidlər xiyabanına gələrək ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Azərbaycan övladlarının xatirəsinə hörmət və ehtiramlarını bildirib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar. 

Sonda Cevdet Yılmaz Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə əklil qoyub, şəhidlik kitabəsinin üstünə gül dəstələri düzüb. 

Qonaq Xatirə kitabına ürək sözlərini yazıb. 
























Məhərrəm Əliyev, Nicat Niftəliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO