Ceyhun Bayramov Brüsseldə Kuleba ilə GÖRÜŞÜB - FOTO/VİDEO

Ceyhun Bayramov Brüsseldə Kuleba ilə GÖRÜŞÜB - FOTO/VİDEO

Hazırda oxunan: Ceyhun Bayramov Brüsseldə Kuleba ilə GÖRÜŞÜB - FOTO/VİDEO

168545

11 dekabr 2023-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov Brüsseldə keçirilən Avropa İttifaqı Şərq Tərəfdaşlığı ölkələri xarici işlər nazirlərinin görüşü çərçivəsində Ukrayna xarici işlər naziri Dmitro Kuleba ilə görüşüb.

XİN-dən Bizim.Media-ya verilən xəbərə görə, nazirlər iki ölkə arasında mövcud olan dost və tərəfdaşlıq münasibətlərinin əhəmiyyətini vurğulayıblar.

Tərəflər Azərbaycan ilə Ukrayna arasında müxtəlif sahələrdə, o cümlədən nəqliyyat, enerji və humanitar sahələrdə əməkdaşlıq perspektivləri üzrə fikir mübadiləsi aparıblar.

Çoxtərəfli platformalarda əməkdaşlığın davam etdirilməsi, o cümlədən GUAM çərçivəsində bir sıra istiqamətlər üzrə fəaliyyət qeyd olunub.
Görüş zamanı nazir Ceyhun Bayramov qarşı tərəfə regionda baş verən son hadisələr və Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesi barədə məlumat verib.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
 








Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO