Qərbi Azərbaycan İcması AŞPA-nın həmməruzəçilərini tənqid edib

Qərbi Azərbaycan İcması AŞPA-nın həmməruzəçilərini tənqid edib

Hazırda oxunan: Qərbi Azərbaycan İcması AŞPA-nın həmməruzəçilərini tənqid edib
165466
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə həmməruzəçisi Liz Kristoffersen Azərbaycana səfəri çərçivəsində Ermənistandan olan azərbaycanlı qaçqınlarla görüşüb, onların dərdlərini dinləməkdən imtina edib. Xatırladaq ki, göndərdiyimiz müraciətlərə baxmayaraq, AŞPA-nın Ermənistan üzrə həmməruzəçiləri də bizim problemlərlə məşğul olmaqdan boyun qaçırırlar”. 

Bizim.Media xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının məlumatında deyilir. 

“Ermənistandan azərbaycanlıların qovulması və Ermənistan hökumətinin onların geri qayıtmasına əngəl törətməsi Avropa Şurasının insan hüquqları konvensiyaları ilə tanınmış hüquqların kobud şəkildə pozuntusudur.

Əsas vəzifəsi Avropa Şurasının insan hüquqları sahəsində konvensiyalarının yerinə yetirilməsi vəziyyətinin yoxlanılması olan AŞPA-nın Monitorinq Komitəsinin bu məsələyə məhəl qoymaması öz mandatına hörmətsizlikdir və bu qurum tərəfindən etnik və dini əsasda ayrı-seçkilikdir. AŞPA-nın monitorinq proseduru insan haqlarını irəlilədən mexanizm olmaqdan çıxaraq, bəzi dairələrin siyasi maraqlarına xidmət edən alətə çevrilmişdir. Qərbi Azərbaycan İcması ayrı-seçkili davranışını pisləyir, onlardan öz vəzifələrinin icrasına məsuliyyətlə yanaşmağı və Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququ ilə məşğul olmağı tələb edir”, - məlumatda bildirilib. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO