Bakıda Şimali Kipr Türk Respublikasının Prezidentinin şərəfinə ziyafət verilib - FOTO

Bakıda Şimali Kipr Türk Respublikasının Prezidentinin şərəfinə ziyafət verilib - FOTO

Hazırda oxunan: Bakıda Şimali Kipr Türk Respublikasının Prezidentinin şərəfinə ziyafət verilib - FOTO
159607
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakıda Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatarın şərəfinə ziyafət verilib. 

Bizim.Media xəbər verir ki, mərasimdə türk və azərbaycanlı iş adamları, diplomatlar və media nümayəndələri iştirak ediblər. 

Əvvəlcə Azərbaycanın, Türkiyənin və Şimali Kipr Türk Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib. 

Daha sonra Şimali Kipr Türk Respublikasına həsr olunmuş videoçarx nümayiş etdirilib. 

Tədbirdə çıxış edən Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar Azərbaycanla Şimali Kipr arasında bütün sahələrdə münasibətlərin möhkəmləndirilməsi üçün nümayiş etdirdiyi siyasi iradəyə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib. 

Prezident son illərdə Azərbaycan, Türkiyə və Şimali Kipr Türk Respublikası arasındakı münasibətlərin daha da dərinləşməsindən məmnunluğunu ifadə edib. 

Daha sonra Şimali Kipr Türk Respublikasının milli rəqsləri təqdim olunub. 

Bakıda Şimali Kipr Türk Respublikasının Prezidentinin şərəfinə ziyafət verilib - FOTO - foto 1
Bakıda Şimali Kipr Türk Respublikasının Prezidentinin şərəfinə ziyafət verilib - FOTO - foto 2

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO