Azərbaycan və Ermənistan arasında normallaşma ciddi çağırışlarla üzləşir – Ceyhun Bayramov

Azərbaycan və Ermənistan arasında normallaşma ciddi çağırışlarla üzləşir – Ceyhun Bayramov

Hazırda oxunan: Azərbaycan və Ermənistan arasında normallaşma ciddi çağırışlarla üzləşir – Ceyhun Bayramov

154292

Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşma prosesi ciddi çağırışlarla üzləşir".

Bizim.Media xəbər verir ki, bu barədə sentyabrın 8-də Xarici İşlər Nazirliyində nazir Ceyhun Bayramov Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun iştirakı ilə ölkəmizdə akkreditə olunmuş diplomatik korpus üçün keçirilən brifinqdə bildirilib.

Nazir qeyd edib ki, Ermənistan tərəfinin müşahidə edilən davranışı 30 il ərzində bu ölkəyə xas olan danışıqların imitasiyası, əldə olunmuş öncəki razılaşmalardan geri çəkilmək və müxtəlif siyasi, hərbi və digər təxribatlara əl atmaqla üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsindən boyun qaçırmaq təcrübəsinin təkrarıdır.
"Ermənistan ayrı-ayrı dövlətlər və beynəlxalq təşkilatlardan sui-istifadə etmək üçün mövcud bütün imkanların istifadəsi ilə bölgədə guya "blokada" və "humanitar böhran"ın mövcudluğu haqqında yalan və əsassız iddialarla Azərbaycana qarşı bütün dünyada qarayaxma kampaniyası aparmaqla məşğuldur", - deyə vurğulanıb.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO