Prezident və birinci xanım Zabuxda sakinlərlə görüşüblər - FOTO

Prezident və birinci xanım Zabuxda sakinlərlə görüşüblər - FOTO

Hazırda oxunan: Prezident və birinci xanım Zabuxda sakinlərlə görüşüblər - FOTO

152465

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 26-da Laçın rayonunun Zabux kəndində görülmüş işlərlə tanış olublar və burada kənd sakinləri ilə görüşüblər. 

Bizim.Media xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev dövlətimizin başçısına və birinci xanıma kənddə görüləcək işlər barədə məlumat verib. 
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev “Laçın Şəhəri Günü” bayram tədbirində ÇIXIŞ ETDİ - VİDEO


Bildirilib ki, ümumi sahəsi 81 hektar olan Zabux kəndinə 245 ailənin köçürülməsi nəzərdə tutulur. İlkin mərhələdə kəndə 223 ailə köçürüləcək.

Eyni zamanda, kənd sakinlərinin rahatlığı və məşğulluğu nəzərə alınaraq bir sıra infrastruktur binalarının da inşası həyata keçirilib. Kənddə 50 yerlik uşaq bağçası, inzibati bina, tibb məntəqəsi də inşa edilib.


Zabuxda evlərin, sosial obyektlərin və küçələrin işıqlandırılmasında “yaşıl enerji”dən istifadə edilir. Dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq, kənddə bütün işlər ən yüksək səviyyədə yerinə yetirilib. 

Qeyd edək ki, artıq avqustun 25-də 20 ailə - 88 nəfər doğma yurdlarına - Zabux kəndinə qayıdıb. 

Dövlətimizin başçısı və birinci xanım kənd sakinləri ilə görüşüb söhbət ediblər. 











Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO