İlham Əliyev və birinci xanım Türkiyəyə işgüzar səfərə gəliblər - FOTO/VİDEO/YENİLƏNİB

İlham Əliyev və birinci xanım Türkiyəyə işgüzar səfərə gəliblər - FOTO/VİDEO/YENİLƏNİB

Hazırda oxunan: İlham Əliyev və birinci xanım Türkiyəyə işgüzar səfərə gəliblər - FOTO/VİDEO/YENİLƏNİB

139533

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın səlahiyyətlərinin icrasına başlama mərasimində iştirak etmək üçün iyunun 3-də Ankaraya işgüzar səfərə gəlib.

Bizim.Media xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. 

Ankara şəhərinin Esenboğa Hava Limanında dövlətimizin başçısını və birinci xanım Mehriban Əliyevanı rəsmi şəxslər qarşılayıblar. 

Bizim.Media  
 
*** 15:37

Azərbaycan Prezidenti İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva Türkiyəyə rəsmi səfər ediblər. 

Bizim.Media “TRT”yə istinadən xəbər verir ki, dövlət başçısını Ankaranın hava limanında Türkiyənin dövlət və hökumət nümayəndələri qarşılayıb. 

Prezident Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak edəcəklər. 

Qeyd edək ki, mərasim yerli vaxtla 15.00-da başlayacaq. Türkiyə Böyük Millət Məclisində keçiriləcək tədbirə 21 dövlət başçısı, o cümlədən 12 ölkənin parlament sədrləri dəvət olunub. 

Bizim.Media




 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO