Özbəkistanın xarici işlər naziri Ceyhun Bayramova zəng etdi

Özbəkistanın xarici işlər naziri Ceyhun Bayramova zəng etdi

Hazırda oxunan: Özbəkistanın xarici işlər naziri Ceyhun Bayramova zəng etdi
138454
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

28 may 2023-cü il tarixində Özbəkistan Respublikasının xarici işlər naziri Baxtiyor Saidov Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova zəng edib.

Xarici İşlər Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, Özbəkistan naziri Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə səmimi təbriklərini çatdırıb, ölkəmizin müstəqilliyinin möhkəm və davamlı olmasını arzulayıb.

Telefon danışığı zamanı iki ölkə arasında qardaşlıq, dostluq və strateji tərəfdaşlıq münasibətlərinin müxtəlif aspektləri müzakirə olunub. Ölkələrimiz arasında ikitərəfli və regional əməkdaşlıq imkanlarının yüksək potensialı vurğulanıb.
Nazir Ceyhun Bayramov Özbəkistanlı həmkarına təbriklərə görə öz minnətdarlığını bildirib, ölkələrimiz arasında genişmiqyaslı əlaqələrin daha da inkişaf edəcəyinə əminliyini diqqətə çatdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO