Quru Qoşunlarının komandanı Türkiyə ilə hərbi əməkdaşlıqdan danışıb - FOTO

Quru Qoşunlarının komandanı Türkiyə ilə hərbi əməkdaşlıqdan danışıb - FOTO

Hazırda oxunan: Quru Qoşunlarının komandanı Türkiyə ilə hərbi əməkdaşlıqdan danışıb - FOTO
135808
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı general-leytenant Ənvər Əfəndiyev Azərbaycanda səfərdə olan Türkiyə Milli Müdafiə Universitetinin rektoru professor Erhan Afyoncunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. 

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən məlumat verilib. 

General-leytenant Ə.Əfəndiyev qonaqları salamlayaraq onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. 

Nazir müavini Azərbaycan ilə Türkiyə arasında həyata keçirilən ikitərəfli hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu xüsusi vurğulayıb. 

Görüşdə qardaş ölkə ilə birgə əməkdaşlıq çərçivəsində hərbi təhsilin daha da genişləndirilməsi, eləcə də qarşılıqlı maraq doğuran bir sıra mövzular ətrafında fikir mübadiləsi aparılıb. 

Daha sonra qonaqlara Quru Qoşunları Komandanlığının yaranma tarixi və əsas fəaliyyət istiqamətləri barədə brifinq təqdim olunub. 

Sonda Quru Qoşunlarının Döyüşü İdarəetmə Mərkəzinə gələn türkiyəli nümayəndə heyətinə mərkəzlə bağlı zəruri məlumatlar verilib. 

Quru Qoşunlarının komandanı Türkiyə ilə hərbi əməkdaşlıqdan danışıb - FOTO - foto 1
Quru Qoşunlarının komandanı Türkiyə ilə hərbi əməkdaşlıqdan danışıb - FOTO - foto 2

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO