Şuşada Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibətilə film nümayiş olunub

Şuşada Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibətilə film nümayiş olunub

Hazırda oxunan: Şuşada Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibətilə film nümayiş olunub
135262
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Mayın 10-da Şuşa şəhərində müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə “İz” adlı sənədli film nümayiş etdirilib.

Bizim.Media xəbər verir ki, filmin nümayişində dövlət və hökumət rəsmiləri, hazırda Şuşada keçirilən “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının qonaqları, tanınmış mədəniyyət, incəsənət və elm xadimləri iştirak ediblər.

Heydər Əliyev Fondu tərəfindən təqdim edilən ekran əsərində Ulu Öndərin həyat və fəaliyyətindən bəhs olunub. Filmin ssenarisi Ümummilli Lider Heydər Əliyevin çıxışları əsasında onun siyasi fəaliyyətinin müxtəlif dövrlərini əhatə edir.

Filmdə Ümummilli Liderin həyatı, Azərbaycana və xalqa bağlılığı, Azərbaycanın müstəqil dövlət kimi qüdrətlənməsi, Qarabağın işğaldan azad edilməsi istiqamətində apardığı ardıcıl siyasətdən bəhs olunur. 
Eyni zamanda, işğal altındakı torpaqlarımızın Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə otuz illik işğaldan azad olunması, respublikamızın ərazi bütövlüyünün bərpa edilməsi, bununla da Ümummilli Lider Heydər Əliyevin vəsiyyətinin və arzularının reallaşması da filmdə yer alıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO