"Əməliyyatlar dayandırılarkən Rusiya söz verdi ki, Putin problemi həll edəcək"

Hazırda oxunan: "Əməliyyatlar dayandırılarkən Rusiya söz verdi ki, Putin problemi həll edəcək"

134917
Heç kəs deyə bilməz ki, Azərbaycan ordusu yeni bir əməliyyat planı həyata keçirməyəcək.
 
Bunu Axar.az politoloq Qabil Hüseynli deyib. Sabiq dövlət müşaviri Qarabağ ətrafında gedən proseslərin fonunda çox ilginc açıqlama verib:
 
“Əməliyyatlar dayandırılarkən Rusiya vəd etdi ki, Putin Qarabağ problemini çox qısa müddətdə həll edəcək. Əvəzində isə Ermənistana silah və təlimatçıların göndərilməsinin şahidi olduq. Məhz bundan sonra Ermənistan atəşkəsi ciddi surətdə pozaraq mülki əhalini vurmağa başladı. İrəvan məğlubiyyətini mülki əhalidə qorxu yaratmaqla kompensasiya etməyə çalışır. Belə olan təqdirdə isə Azərbaycanın qarşısına yeni bir seçim çıxır. Bu da ondan ibarətdir ki, Azərbaycan 2-5 aprel tarixlərində ölkədə yaranmış milli birliyi inkişaf etdirməklə yeni əməliyyatlara başlaya bilər. Heç kəs deyə bilməz ki, ordu yeni bir plan həyata keçirməyəcək. Ordumuz yeni texnika və qüvvələrlə möhkəmləndirilməkdə davam edir. Bunu mühüm bir faktor kimi qiymətləndirmək lazımdır”x9d.
 
Q.Hüseynli Azərbaycan ordusunun Dördgünlük müharibədən daha fərqli, yenimiqyaslı əməliyyatlara qadir olduğunu xatırladıb:
 
“Bir politoloq kimi deyə bilərəm ki, genişmiqyaslı əməliyyatlar üçün hətta uyğun bir tarix də seçmək olar. Bunu hərbi strateqlər də artıq dilə gətiriblər. Azərbaycan işğal tarixlərini zəfər tarixlərinə çevirməyə qadirdir”x9d.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO