Azərbaycanda mina qurbanlarının sayı 290 nəfərə çatıb - RƏSMİ

Azərbaycanda mina qurbanlarının sayı 290 nəfərə çatıb - RƏSMİ

Hazırda oxunan: Azərbaycanda mina qurbanlarının sayı 290 nəfərə çatıb - RƏSMİ
134885
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ermənistanı xoşməramlılıq nümayiş etdirməyə və Bakı-İrəvan arasında münasibətlərin normallaşdırılması ilə bağlı müzakirələrdə daha çox səy göstərməyə çağırıb. 

Bizim.Media xəbər verir ki, bunu nazir mayın 8-də Vilnüsdə Litvanın xarici işlər naziri Gabrielius Landsbergis ilə görüşdən sonra keçirilən brifinqdə deyib. 

"Həmkarımı münaqişədən sonra regionda yaranmış vəziyyət barədə məlumatlandırdım, həmçinin Azərbaycanın sülh gündəliyinin təkmilləşdirilməsi istiqamətində göstərdiyi səylərdən, o cümlədən Ermənistanla sülh sazişi layihəsi üzrə danışıqların son raundundan danışdım. İşğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işləri, kommunikasiyaların açılması – bütün bu məsələlər də gündəmdədir”, - o bildirib. 

C.Bayramov əlavə edib ki, münaqişədən sonrakı dövrdə Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması üzrə səylərdə zəif dinamikanın müşahidə olmasına baxmayaraq, bütün sahələrdə, o cümlədən ikitərəfli münasibətlərin əsaslarını müəyyən edən sülh müqaviləsi layihəsi, dövlət sərhədlərinin delimitasiyası, nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası üzrə əldə olunmuş tərəqqi hələ ümidlərimizi doğrultmayıb. 

"Biz Ermənistan tərəfini xoşməramlılıq nümayiş etdirməyə və ölkələr arasında münasibətlərin normallaşdırılması ilə bağlı müzakirələrdə daha çox səy göstərməyə çağırırıq", - nazir bildirib. 

"Hesab edirik ki, iki ölkə arasında münasibətlərin normallaşdırılmasının ən yaxşı yolu ərazi bütövlüyünün qarşılıqlı tanınmasına və bir-birinin suverenliyə hörmətə əsaslanır. Azərbaycanın bu məsələdə mövqeyi aydın, prinsipial və dəyişməzdir", - C.Bayramov bildirib. 

C.Bayramovun sözlərinə görə, o həmçinin Ermənistan tərəfindən Azərbaycana qarşı mina təhdidi məsələsini də qaldırıb ki, bu da insan haqlarının bariz pozuntusu və sosial-iqtisadi inkişafın, həmçinin Azərbaycanın məcburi köçkünlərinin öz evlərinə qayıdışının qarşısında duran maneədir. 
"Müharibədən sonra Azərbaycanda mina qurbanlarının sayı 290 nəfərə çatıb, onlardan 54 nəfər həlak olub", - xarici işlər naziri deyib.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO