Nazirlərin Vaşinqtondakı görüşü ilə bağlı Kremldən REAKSİYA

Nazirlərin Vaşinqtondakı görüşü ilə bağlı Kremldən REAKSİYA

Hazırda oxunan: Nazirlərin Vaşinqtondakı görüşü ilə bağlı Kremldən REAKSİYA
133951
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verdiyimiz kimi, Vaşinqtonda Azərbaycan və Ermənistanın xarici işlər nazirləri - Ceyhun Bayramov və Ararat Mirzoyan arasında danışıqlar keçirilir. Hər iki nazirin ABŞ-a səfəri dövlət katibi Entoni Blinkenin dəvətilə baş tutub. 

Bizim.Media xəbər verir ki, rəsmi Moskva nazirlərin görüşünə reaksiya verib. 

Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib ki, Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli razılaşmalar istisna olmaqla, Qarabağın nizamlanması üçün başqa hüquqi əsaslar yoxdur.

Onun fikrincə, Bakı ilə İrəvan arasında vəziyyətin nizamlanmasına yardımı alqışlamaq olar, ancaq bu, yuxarıda qeyd olunan razılaşmalar əsasında həyata keçməlidir.

Xatırladaq ki, Dövlət Departamentinin adının açıqlanmasını istəməyən yüksək rütbəli rəsmisi demişdi ki, ABŞ-ın rəhbərlik etdiyi dialoqa Rusiya mütləq münasibət bildirəcək: "Ruslar bundan məyus olacaq və mənfi reaksiya verəcək".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO