Türkiyə-Azərbaycan həmrəylik həftəsi başlayır

Türkiyə-Azərbaycan həmrəylik həftəsi başlayır

Hazırda oxunan: Türkiyə-Azərbaycan həmrəylik həftəsi başlayır

131370

Bu gündən Ankarada Türkiyə-Azərbaycan həmrəylik həftəsi başlayır.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Azərbaycan Dostluq, İşbirliyi və Həmrəylik Vəqfinin rəhbəri Aygün Attar məlumat verib.

Aprelin 25-nə qədər davam edəcək tədbirlər Türkiyə Azərbaycan Dostluq, İşbirliyi və Həmrəylik Vəqfinin təşkilatçılığı ilə keçirilir.

Bu gün Türkiyə-Azərbaycan qardaşlıq toplantısı ilə açılışı olacaq həmrəylik həftəsi daha sonra iki ölkənin QHT və həmkarlar təşkilatlarının müzakirələri ilə davam edəcək.

Aprelin 19-da Türkiyə Cümhuriyyətinin və Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Mustafa Kamal Atatürk və Heydər Əliyevi anma tədbiri keçiriləcək.

Həmin gün, həmçinin, Nigar Helmi Abbasbəylinin "Qarabağ miras gecəsi" adlı sərgisi təşkil olunacaq.

Aprelin 19-da axşam saatlarında Ankaradakı Heydər Əliyev parkında Türkiyə-Azərbaycan həmrəylik gecəsi təşkil olunacaq. Gecədə Türkiyə və Azərbaycanın sənət adamları çıxış edəcək.

Həmrəylik həftəsi çərçivəsində elm adamlarının iştirakı ilə "24 aprel 1915-ci ildə nə baş verdi?" adlı konfrans da təşkil olunacaq.

Həmrəylik həftəsi aprelin 25-də "Türk dünyası gənclərinin birliyi" adlı forumla yekunlaşacaq.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO