Medvedev: “Rusiya və ABŞ orduları arasında toqquşma dünyanın sonu ola bilər” - VİDEO

Medvedev: “Rusiya və ABŞ orduları arasında toqquşma dünyanın sonu ola bilər” - VİDEO

Hazırda oxunan: Medvedev: “Rusiya və ABŞ orduları arasında toqquşma dünyanın sonu ola bilər” - VİDEO
126991
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev hesab edir ki, Rusiya və Amerika ordularını müqayisə edərkən onlardan hansının daha güclü olduğunu müəyyənləşdirmək mümükün deyil. O qeyd edib ki, bu, ancaq döyüşdə məlum olacaq. 

Bizim.Media xəbər verir ki, Medvedev bu sözləri “VKontakte” istifadəçilərinə müsahibəsində bildirib:
 

MÖVZU İLƏ BAĞLI:

Medvedev Stalindən SİTAT GƏTİRDİ: “Sizi cinayətkarlar kimi darmadağın edərəm” - VİDEO 


“Hansı ordunun birinci, hansının ikinci, hansının iyirmi birinci olduğunu anlamaq ancaq real qarşıdurma prosesində mümkündür. Bəs bu ordular döyüşə girsə, qalibi müəyyən etmək olacaqmı? Tamamilə aydındır ki, bu halda qalib olmayacaq”.

Dmitri Medvedevin fikrincə, Amerika və ya Rusiya Federasiyası üzərində nə qədər raketin vurulmasından asılı olmayaraq bəzi mərmi və başlıqlar hədəflərinə yetişəcəklər:

“Bunun da nəticəsi dəhşətli olacaq. Və burada hansı ordunun birinci, hansının ikinci olduğunu söyləmək mümkün olmayacaq. Çünki qalib olmayacaq. Əsas məsələ odur ki, döyüşən ordu güclüdür”.

O qeyd edib ki, Rusiya hazırda Ukrayna ilə deyil, NATO ordularının 3 milyon 600 minlik heyəti ilə müharibə aparır:

“Onlar, əlbəttə ki, hibrid formatda iştirak edirlər, lakin iştirak edirlər və əslində, artıq bunu gizlətmirlər. Həm də bu ölkələr 800 milyon əhalisi ilə birlikdə Kiyev rejimini texnika, silah və pulla təmin edirlər”.

Xatırladaq ki, Global Firepower (GFP) hərbi güc portalının son reytinqinə əsasən, hazırda ABŞ ordusunun gücünə görə birinci yerdədir. Rusiya ikincidir. Ukrayna Silahlı Qüvvələri isə 15-ci yeri tutur.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO