Ali Məhkəmənin 100 illiyinə həsr olunan konfrans keçirilir - FOTO

Ali Məhkəmənin 100 illiyinə həsr olunan konfrans keçirilir - FOTO

Hazırda oxunan: Ali Məhkəmənin 100 illiyinə həsr olunan konfrans keçirilir - FOTO

120114

Fevralın 13-də Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Ali Məhkəməsinin 100 illiyinə həsr olunmuş “Ali Məhkəmələrin ədalət mühakiməsində rolu: müsbət təcrübələr və müasir çağırışlar” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb.

Bizim.Media xəbər verir ki, tədbirdə dövlət rəsmiləri ilə yanaşı, bir sıra xarici ölkələrin Ali Məhkəmə sədrlərindən ibarət nümayəndə heyətləri və digər şəxslər iştirak edirlər.

Əvvəlcə Ali Məhkəmənin sədri Ramiz Rzayev konfrans iştirakçılarını salamlayıb, ölkəmizə təşrif buyurduqları üçün qonaqlara və həmkarlarına minnətdarlığını bildirib.

Sonra Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov dövlətimizin başçısı İlham Əliyevin beynəlxalq konfrans iştirakçılarına təbrik məktubunu oxuyub.
Azərbaycan Respublikası Milli Məclisinin beynəlxalq konfransın iştirakçılarına müraciətini Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli oxuyub.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin sədri xanım Siofra O’Lirinin konfrans iştirakçılarına videomüraciəti göstərilib. Konfransda Ali Məhkəmənin 100 illiyinə həsr olunmuş film nümayiş olunub.

Ali Məhkəmənin sədri Ramiz Rzayev “Azərbaycan Respublikası Ali Məhkəməsinin keçdiyi tarixi inkişaf yolu” mövzusunda məruzə ilə çıxış edib.

Konfrans davam edir.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO