Bütün bunlar sizə lazımdırmı, cənab hakimiyyət?

Bütün bunlar sizə lazımdırmı, cənab hakimiyyət?

Hazırda oxunan: Bütün bunlar sizə lazımdırmı, cənab hakimiyyət?

118361
Milliyətcə erməni olan vəkil Amal Kluni jurnalist Xədicə İsmayılovanın Avropa İnsan Hüquqları Məhkəməsində baxılmalı olan işini udacağına inandığını bildirib. O, Xədicə İsmayılovaya verilən ittihamların əsassız olduğunu, onun həbsinin və ittiham edilməsinin əsas səbəbinin hakimiyyət nümayəndələrinin korrupsiya əməllərinin Xədicə İsmayılova tərəfindən araşdırılması olduğunu bildirib. Erməni vəkil Amal Kluninin bu işə vəkillik etməsi ilə bağlı hakimiyyət tərəfdarları olan mətbuatda qınaqlar səslənməyə başlanıb. Ancaq heç fikirləşmirlər ki, onların Xədicə İsmayılovanı həbs etmələri, buna görə də korrupsiya ilə bağlı bu məsələlərin Qərb ölkələrinin hökumətlərində və parlamentlərində müzakirəsi hakimiyyətin imicinə daha çox zərər vurubdur. İndi bütün bu korrupsiya məsələləri Avropa İnsan Hüquqları Məhkəməsində də bir-bir müzakirə ediləcək. Ola bilsin ki, məhkəmənin qərarında da bunların hamısı göstəriləcək. Lazımdırmı bütün bunlar Sizə cənab hakimiyyət? Ola bilsin Xədicənin həbs edilib, işin bu dərəcəyə çatdırılmasının təşkilatçıları olan hakimiyyət nümayəndələrinin məqsədi də elə bu olub. Mən təklif edirəm ki, nə qədər gec deyil Xədicə İsmayılovanın təcili həbsdən buraxılması və ona bəraət verilməsi barədə qərar qəbul edilsin. Bunu təşkil edənlərin müqaviməti qırıla bilsə... Belə bir qərar təkcə Xədicə İsmayılovanın deyil, həm də sizin xeyirinizədir. Zərərin yarısından da qayıtmaq xeyirdir.

İxtiyar Şirin, sabiq baş prokuror

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO