Xankəndi-Laçın yolu BU DƏQİQƏLƏRDƏ – Sülhməramlılar əraziyə səhra kazarmaları gətirdi - FOTO/VİDEO 

Xankəndi-Laçın yolu BU DƏQİQƏLƏRDƏ – Sülhməramlılar əraziyə səhra kazarmaları gətirdi - FOTO/VİDEO 

Hazırda oxunan: Xankəndi-Laçın yolu BU DƏQİQƏLƏRDƏ – Sülhməramlılar əraziyə səhra kazarmaları gətirdi - FOTO/VİDEO 

109215

Xəbər verdiyimiz kimi azərbaycanlı ekoloq və fəallar Xankəndi-Laçın yolunda keçirdikləri aksiyanın gecə də davam edəcəyini bildiriblər. 

Bizim.Media xəbər verir ki, sülməramlı kontingent əraziyə cəlb etdiyi əlavə şəxsi heyət üçün 2 ədəd daşınan səhra kazarmaları gətirib.  

Hal-hazırda qurğuların yerləşdirilməsi üçün ruslara məxsus texnikalar ərazidə çalışır. 

Bundan başqa Fövqaladə Hallar Nazirliyinin əməkdaşları azərbaycanlı aksiyaçılar üçün isti çadırlar və yeməklər gətirib. Əldə olunan məlumata görə yaxın saatlarda general-mayor A.Volkovun da əraziyə gələcəyi gözlənilir.  

Xatırladaq ki, bu gün Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan Laçın yolunun bir hissəsində azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə etiraz aksiyası keçirirlər. 

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu.
 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO