“Necə olur ki, Fransada 256 nəfərdən biri lehimizə səs vermədi?” – Fazil Mustafa 

“Necə olur ki, Fransada 256 nəfərdən biri lehimizə səs vermədi?” – Fazil Mustafa 

Hazırda oxunan: “Necə olur ki, Fransada 256 nəfərdən biri lehimizə səs vermədi?” – Fazil Mustafa 
108098
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Biz ötən iclasda diplomatlarımızın yarıtmazlığından danışmağı unutduq”.

Bizim.Media xəbər verir ki, bunu deputat Fazil Mustafa Milli Məclisin bu gün keçirilən plenar iclasında səsləndirib.

“Biz ötən dəfə Fransa Assambleyasının Azərbaycan əleyhinə qətnamə qəbul etməsindən danışdıq. Lakin bununla yanaşı, biz həm də bir məqamı - özümüzə aid olan yarıtmazlıqdan danışmağı unutduq.
 

MÖVZU İLƏ BAĞLI:

“Fransa Senatı və Milli Assambleya Yelisey Sarayının oyuncağına çevrilib” – Deputat 


Necə olur ki, 256 nəfərlik parlamentdə bir nəfər belə Azərbaycanın lehinə səs vermir? Bizim illərdir ki, Fransada səfirliyimz fəaliyyət göstərir. Belə çıxır ki, bu illər ərzində səfirimiz bir Fransa deputatı ilə belə əlaqə qurmayıb? Necə olur ki, orda 256 nəfər deputatın hamısı ermənipərəst olur? Biz fəaliyyətsizliyimizlə bağlı ciddi işlər görməliyik, səfirliklərimiz yerləşdikləri ölkədə rəsmilərlə əlaqələr yaratmalıdırlar”, – deyə deputat bildirib.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO