Lavrov Ermənistana niyə gedib?

Lavrov Ermənistana niyə gedib?

Hazırda oxunan: Lavrov Ermənistana niyə gedib?

104990
Bu gün Yerevana işgüzar səfər edən Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun Ermənistan xarici işlər naziri Edvard Nalbandyanla danışıqları keçiriləcək.

"Qafqazinfo"nun BBC-yə istinadən məlumatına görə, görüş əsnasında “qarşılıqlı maraq kəsb edən ikitərəfli, regional və beynəlxalq məsələlər”x9d müzakirə olunacaq, Ermənistan XİN mətbuat xidmətinin məlumatında deyilir.

Rusiya xarici siyasət idarəsi başçısının Ermənistan prezidenti Serj Sarkisyanla görüşü də gözlənilir.
Rəsmi məlumatda səfərin gündəlik məsələləri açıqlanmır, lakin Ermənistan və Rusiya informasiya agentlikləri əsas müzakirə mövzularından biri Dağlıq Qarabağ məsələsi olacağını qeyd edirlər.

Son vaxtlar Ermənistan-Azərbaycan sərhədində və Dağlıq Qarabağda Ermənistan və Azərbaycan hərbi bölmələrinin qarşıdurma xəttində gərginlik davam edir və münaqişə tərəfləri bir-birini atəşkəsi pozmaqda və təxribatda günahlandırırlar.

Bunun fonunda Rusiya, ABŞ və Fransa nümayəndələrinin həmsədrlik etdiyi Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə ATƏT-in Minsk Qrupu bu ilin sonunadək Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü hazırladığını bəyan edib.

İlham Əliyevlə Serj Sarkisyan son dəfə Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyi ilə 2014-cü il 10 avqustda Soçidə, daha sonra, oktyabrın 27-də isə Azərbaycan və Ermənistan prezidentləri Fransa prezidenti François Hollande-ın iştirakı ilə görüş keçiriblər.

Yerevandan əvvəl sentyabr ayında Bakıya səfəri zamanı Sergey Lavrov Dağlıq Qarabağ məsələsində irəliləyiş əldə ediləcəyinə ümid etdiyini bildirmişdi.

Bundan sonra isə Rusiya XİN başçısının Ermənistan XİN rəhbəri ilə görüşmək imkanı olub. Oktyabrın sonunda Sergey Lavrov Yerevanda Moskva Beynəlxalq Əlaqələr Universiteti (MQİMO) məzunlarının 3-cü forumunda iştirak edib.

Aprel ayında isə Ermənistan və Rusiya XİN rəhbərləri Edvard Nalbandyanın Moskvaya səfəri zamanı görüşüblər.
Lragir.am Lavrovun Nlabandyanla telefon vasitəsilə deyil, məhz üzbəüz təmasa üstünlük verməsindən “hər hansı ciddi məsələlər üzrə danışıqlar”x9d gözlənildiyini ehtimal edir.

Rusiya XİN rəhbərinin Yerevan görüşlərinin yekunları üzrə Sergey Lavrovun və Edvard Nalbandyanın birgə mətbuat konfransı gözlənilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO