Mehriban Əliyeva Səmərqənddə “Özbəkistanın rəngləri” adlı sərgi ilə tanış olub - FOTO 

Mehriban Əliyeva Səmərqənddə “Özbəkistanın rəngləri” adlı sərgi ilə tanış olub - FOTO 

Hazırda oxunan: Mehriban Əliyeva Səmərqənddə “Özbəkistanın rəngləri” adlı sərgi ilə tanış olub - FOTO 
103712
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Noyabrın 10-da Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü çərçivəsində Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva və digər ölkələrin birinci xanımları Səmərqənddə “Özbəkistanın rəngləri” adlı sərgi ilə tanış olublar. 

Bizim.Media xəbər verir ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, Özbəkistanın birinci xanımı Ziroatxon Mirziyoyeva, Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan, Macarıstanın Baş nazirinin xanımı Aniko Levai birlikdə sərgiyə baxıblar. 

Qeyd edək ki, sərgidə Nukusda yerləşən İ.Savitski adına Qaraqalpaqıstan Respublikası Dövlət İncəsənət Muzeyinin kolleksiyasından məşhur əsərlər nümayiş olunur.  

Burada sərgilənən əsərlər Özbəkistanın XX əsr təsviri sənətinin bütün istiqamətlərini əhatə edir. Özbəkistanın qeyri-adi təbiəti, qədim abidələri rəssamlar üçün hər zaman ilham mənbəyi olub. Qaraqalpaqıstanın bir çox rəssamları mavi Aral dənizi və Amudəryadan ilhamlanaraq mükəmməl əsərlər ərsəyə gətiriblər. 

Özbəkistanda təsviri sənət XX əsrdə sürətlə inkişaf edib. Həmin dövrün rəssamlarının həyatlarının müxtəlif olmasına baxmayaraq, onları birləşdirən Özbəkistan idi.

Təkcə Özbəkistanda doğulan rəssamlar deyil, buraya müxtəlif yerlərdən gələnlər də günəşli diyarın ecazkarlığına valeh olaraq bu qədim torpaqda həmişəlik yaşayıb-yaradıblar. Bu gün onların da əsərləri sərgidə nümayiş olunur. 
Qeyd edək ki, sərgidə 14 rəssamın 90-dan çox əsəri nümayiş etdirilir. 

Bizim.Media

Mehriban Əliyeva Səmərqənddə “Özbəkistanın rəngləri” adlı sərgi ilə tanış olub - FOTO  - foto 1
Mehriban Əliyeva Səmərqənddə “Özbəkistanın rəngləri” adlı sərgi ilə tanış olub - FOTO  - foto 2
Mehriban Əliyeva Səmərqənddə “Özbəkistanın rəngləri” adlı sərgi ilə tanış olub - FOTO  - foto 3
Mehriban Əliyeva Səmərqənddə “Özbəkistanın rəngləri” adlı sərgi ilə tanış olub - FOTO  - foto 4
Mehriban Əliyeva Səmərqənddə “Özbəkistanın rəngləri” adlı sərgi ilə tanış olub - FOTO  - foto 5
Mehriban Əliyeva Səmərqənddə “Özbəkistanın rəngləri” adlı sərgi ilə tanış olub - FOTO  - foto 6
Mehriban Əliyeva Səmərqənddə “Özbəkistanın rəngləri” adlı sərgi ilə tanış olub - FOTO  - foto 7

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO