“Ərazilərimizin minalanması hərbi cinayətdir” - Sahibə Qafarovadan erməni spikerə CAVAB 

“Ərazilərimizin minalanması hərbi cinayətdir” - Sahibə Qafarovadan erməni spikerə CAVAB 

Hazırda oxunan: “Ərazilərimizin minalanması hərbi cinayətdir” - Sahibə Qafarovadan erməni spikerə CAVAB 
101700
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Müharibə bitəndən sonra ərazilərimizin ermənilər tərəfindən minalanması hərbi cinayətdir, beynəlxalq humanitar hüququn pozulmasıdır və regionda hərbi əməliyyatların dayandırılması ilə bağlı üçtərəfli Bəyanatın pozulmasıdır”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistanın Səmərqənd şəhərində Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının 54-cü plenar iclasında Ermənistan parlamentinin spikeri Alen Simonyanın Azərbaycanla bağlı həqiqətdən uzaq iddialarına cavab verərkən deyib.
 

MÖVZU İLƏ BAĞLI:

“Sülh sazişinin imzalanması regionda sabitliyin yeganə yoludur” – Sahibə Qafarova - FOTO 


Minalanmış ərazilərin xəritələri ilə bağlı məsələyə gəlincə, Sahibə Qafarova bildirib ki, Azərbaycan bu xəritələri Ermənistandan çox çətinliklə əldə edib və bu xəritələrin dəqiqliyi cəmi 25 faizə bərabərdir.

"Ermənistan ərazilərimizin minalanmasını davam etdirir. İşğaldan azad edilmiş ərazilərimizdə 1 400-dən çox mina tapılıb ki, bunlar da 2021-ci ildə Ermənistanda istehsal olunub", - spiker qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO