Buster doza üzrə vaksinasiya olunanların sayı 200 mini keçdi

Hazırda oxunan: Buster doza üzrə vaksinasiya olunanların sayı 200 mini keçdi

61951

Azərbaycanda son bir gündə koronavirus (COVID-19) əleyhinə 29 833 vaksin vurulub.

Bizim.Media xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 042, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 525, üç və daha çox doza vaksin vurduranların sayı 24 771, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 492 nəfərdir.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda daha 1210 nəfər koronavirusa yoluxdu - GÜNLÜK STATİSTİKA


Vurulan vaksinlərin ümumi sayı 12 926 638, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 295 050, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 781 811, üç və daha çox doza vaksin vurduranların sayı 2 648 544, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 201 233 təşkil edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO