“Pfizer” və “BioNTech” “Omikron” ştamına qarşı sınaqlara başladı – 3 qrup üzərində tədqiqat...

Hazırda oxunan: “Pfizer” və “BioNTech” “Omikron” ştamına qarşı sınaqlara başladı – 3 qrup üzərində tədqiqat...

57105

"Pfizer” və "BioNTech” şirkətləri koronavirusun "Omikron” ştamına qarşı vaksinin yenilənmiş versiyaları üzərində kliniki sınaqların başlandığını bəyan ediblər.

Bizim.Media CNN-ə istinadən xəbər verir ki, tədqiqatda 18-65 yaş arası 1 420 nəfərin iştirak edəcəyi gözlənilir.

Tədqiqat iştirakçıları 3 qrupa bölünəcək: 

90-180 gün əvvəl "Pfizer/BioNTech” vaksininin 2 dozası vurulmuş şəxslərə "Omikron” ştamına qarşı yenilənmiş vaksinin 1 və ya 2 dozası vurulacaq.

Sınaqlardan 90-180 gün əvvəl "Pfizer/BioNTech” vaksininin 3 dozası vurulmuş şəxslərə vaksinin köhnə və ya yenilənmiş variantının 1 dozası vurulacaq. 

Peyvənd olunmamış şəxslərə isə "Omikron” ştamına qarşı vaksinin 3 dozası vurulacaq.

Qeyd edək ki, bəzi araşdırmalara görə, "BioNTech/Pfizer” vaksini yeni ştama qarşı mübarizədə 32 dəfə daha az effektiv ola bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO