İsti havada soyuq qazlı içkilərin qəbulu ölümlə nəticələnə bilər

Hazırda oxunan: İsti havada soyuq qazlı içkilərin qəbulu ölümlə nəticələnə bilər

24047

İsti havada çöldə, çimərlikdə və s. yerlərdə olanda sərinlənmək üçün əksəriyyətimiz məhz soyuq qazlı içkilərdən istifadə edirik.

Əgər insan isti havada bir dəfəyə 1 stəkan və bundan çox buz kimi qazlı içkini içərsə, bu zaman çox təhlükəli vəziyyət yarana bilər.

Bizim.Media bildirir ki, bu haqda tanınmış rusiyalı qastroenteroloq Vitaliy Rumyantsev xəbərdarlıq edib.

Qida borusuna daxil olan çoxlu miqdarda qaz qabarcıqları bədən istiliyinin təsirindən sürətlə şişməyə başlayacaq ki, nəticədə qida borusunun divarı qazın təzyiqinə dözməyib partlaya bilər.

Qida borusunun partlaması Burxave sindromu adlandırılır. Bu çox ağır vəziyyətdir ki, təxminən 80% hallarda insanın ölümünə səbəb olur.

Təəssüf ki, Burxave sindromunun diaqnozu bir çox hallarda gec qoyulur ki, xəstənin də sağ qalmaq ehtimalı azalır.

Sindromun simptomları: qusma, sinədə güclü ağrı, boyun-sinə nahiyəsində şişkinlik (dərialtı emfizema). Bu simptomlar meydana çıxan kimi xəstə dərhal xəstəxanaya çatdırılmalı və cərrahın müayinəsindən keçməlidir. (sağlamolun)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO