Azərbaycanda son 20 gün ərzində COVİD-19-a yoluxanların sayı kəskin artıb - FOTO

Hazırda oxunan: Azərbaycanda son 20 gün ərzində COVİD-19-a yoluxanların sayı kəskin artıb - FOTO

171551

Azərbaycanda son 20 gün ərzində (11.12.2023-31.12.2023) koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Bizim.Media-ya verilən məlumata görə, həmin müddətdə infeksiyaya 116 yeni yoluxma faktı qeydə alınıb.

COVID-19-a yoluxan 102 nəfər sağalıb. Həftə ərzində analiz cavabı müsbət çıxan iki nəfər ölüb.

İndiyədək ölkədə ümumilikdə 834 305 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib. Onlardan 823 872 nəfər müalicə olunaraq sağalıb, hazırda 54 aktiv xəstə var. Bu günə qədər 10 379 nəfər vəfat edib.
Məlumata görə, son həftə ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 149, bu günə qədər isə ümumilikdə 7 733 717 test icra olunub.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO