Geomaqnit qasırğası XƏBƏRDARLIĞI – “Bu şəxslər üçün ölüm riski var”

Geomaqnit qasırğası XƏBƏRDARLIĞI – “Bu şəxslər üçün ölüm riski var”

Hazırda oxunan: Geomaqnit qasırğası XƏBƏRDARLIĞI – “Bu şəxslər üçün ölüm riski var”

190630

Xəbər verdiyimiz kimi günəşdə həftə ərzində ikinci yüksək dərəcəli güclü partlayış qeydə alınıb. Belə ki, mayın 5-də Bakı vaxtı ilə 10:01 3663 (N24W22) Günəş ləkələri qrupunda rentgen diapazonunda 20 dəqiqə davam edən X1.3 partlayışı aşkar edilib. Mütəxəssislər həmçinin “M” sinifli üç partlayış qeydə alıblar.

Günəş partlamaları rentgen şüalarının gücündən asılı olaraq beş sinfə bölünür: A, B, C, M və X. Minimum A0.0 səviyyəsi Yerin orbitində hər kvadrat metrə 10 nanovat düşən radiasiya gücünə uyğundur.
 

MÖVZU İLƏ BAĞLI:

DİQQƏT: Bakıda bu saatlarda geomaqnit qasırğası başlayır


Növbəti hərfə keçərkən güc 10 dəfə artır. Partlamalar, adətən, günəş plazmasının emissiyaları ilə müşayiət olunur, onların buludları isə Yerə çatmaqla maqnit fırtınalarına səbəb ola bilər.

Güclü maqnit qasırğaları qısa dalğalı rabitəni və naviqasiya sistemlərinin işini pozur, sənaye şəbəkələrində gərginliyin pozulmasına səbəb olur. Eyni zamanda bu insan sağlamlığına da ciddi təsir edir. Çox vaxt belə günlərdə insanlar sağlamlıqlarının pisləşməsindən, baş ağrılarından, konsentrasiyanın pozulmasından, yuxunun pozulmasından şikayətlənirlər.

Məsələ ilə bağlı Bizim.Media-ya danışan həkim Rasif Bağırov bu gün bəzi insanların səhhətlərinə qarşı çox diqqətli olmalarını vacib hesab edir: 

“Belə günlərdə müəyyən xroniki xəstəlik keçirmiş cavan adamlarda baş ağrıları müşahidə olunur. Belə hava əsasən 50 yaşdan yuxarı insanların səhhətinə mənfi təsir göstərir.

Məsələn, qanında müəyyən yağların miqdarı yüksək olan, qanında qatılıq olan, bir sözlə qan təzyiqindən əziyyət çəkən insanlara belə hava pis təsir edir.

Bu da özünü baş ağrıları, halsızlıq kimi simptomlarla göstərə bilər. Belə hava hətta hipertoniyadan ciddi əziyyət çəkən insanların ölümünə belə səbəb ola bilər. Ona görə də bu günlərdə 50 yaşından yuxarı və qan təzyiqindən əziyyət çəkən insanlar bir qədər diqqətli olmalıdırlar”.

Surxay Atakişiyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO