Naxçıvandakı məktəblərdə qızılca ilə bağlı vəziyyət NECƏDİR? – Rəsmi AÇIQLAMA 

Hazırda oxunan: Naxçıvandakı məktəblərdə qızılca ilə bağlı vəziyyət NECƏDİR? – Rəsmi AÇIQLAMA 

168213

Naxçıvan Muxtar Respublikası təhsil naziri vəzifəsini icra edən nazir müavini Elxan Nəcəfov məktəblərdə hal-hazırda qızılca ilə bağlı davamiyyətə ciddi təsir edən, çox sürətli yayılması ilə bağlı narahatedici məqamların olmadığını bildirib.

Bizim.Media xəbər verir ki, bunu Elxan Nəcəfov jurnalistlərə açıqlamasında deyib.

“Məktəblərimizdə hal-hazırda qızılca ilə bağlı davamiyyətə ciddi təsir edən, çox sürətli yayılması ilə bağlı narahatedici məqam yoxdur. Tərəfimizdən də bu proses ciddi nəzarət altındadır”, - o deyib.

Nazir müavini bildirib ki, Naxçıvan Muxtar Respublikası səhiyyə və təhsil nazirlikləri infeksiyon xəstəliklər və qızılcaya yoluxma halları ilə bağlı mütəmadi məlumat mübadiləsindədirlər.
“Təhsil müəssisələrimiz gündəlik olaraq şagirdlərdə müşahidə edilən xüsusilə temperatur və ya hər hansısa bir səpkilər, xəstəlik simptomlarına uyğun hər hansı bir göstəricilər olursa həmin şagirdlərlə bağlı məlumatları Səhiyyə Nazirliyinə ötürür. İndiyə qədər ki prosesdə aydın olur ki, çox az faiz çərçivəsində müşahidə etdiyimiz bu simptomlar və əlamətlər qızılca xəstəliyinin göstəricisi kimidir”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO