Krım körpüsünü partladan yük maşını ERMƏNİSTANDA gömrükdən necə keçib?

Krım körpüsünü partladan yük maşını ERMƏNİSTANDA gömrükdən necə keçib?

Hazırda oxunan: Krım körpüsünü partladan yük maşını ERMƏNİSTANDA gömrükdən necə keçib?

99053

Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti Krım körpüsünü partladan yük maşınının Ermənistanda gömrük rəsmiləşdirilməsindən keçdiyini bildirib. Bu iş üzrə 8 nəfər həbs edilib. Cinayətdə iştirak edən 5 Rusiya, 3 Ukrayna və 3 Ermənistan vətəndaşı saxlanılıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiya Ermənistanın “hraparak.am” saytında yerləşdirilib.

Müstəntiqlər iddia edirlər ki, Bolqarıstandan Poti limanına, oradan isə Ermənistana yükün daşınmasını  Ukrayna Baş Kəşfiyyat İdarəsi və onun rəhbəri Kirill Budanov təşkil edib.

Mənbə xatırladır ki, 2022-ci il sentyabrın 29-dan oktyabrın 3-dək İrəvanın “Transalliance” terminalında yük Avrasiya İqtisadi Birliyinin (AİB) qaydalarına uyğun olaraq gömrük rəsmiləşdirilməsindən keçib.
Rusiya xüsusi xidmətinin məlumatında deyilir ki, göndərən “Gu ARJ Group” MMC (Alaverdi, Ermənistan), alan isə “Lider” MMC (Moskva) olub.

Daha sonra yük oktyabrın 4-də Gürcüstan qeydiyyatında olan “DAF” markalı yük avtomobili ilə “Yuxarı Lars” keçid məntəqəsində Rusiya-Gürcüstan sərhədinə gəlib, oktyabrın 6-da isə sərhədi keçib və Krasnodar diayrında Armavir topdansatış bazasında boşaldılıb.

Ermənistan Prokurorluğu bildirib ki, Rusiya Federal Təhlükəsizlik Xidməti cinayət işinin başlanması məqsədi ilə Rusiya İstintaq İdarəsinə məktub göndərib.

Ermənistanın Dövlət Gəlirləri Komitəsi də Ermənistandan çıxarkən yükdə təhlükəli heç bir şeyin aşkar edilmədiyini bildirən bəyanat yayıb:

“Ermənistanda bomba yük maşınına yerləşdirilməyib. Yuxarıda qeyd olunan yüklərin Ermənistan Respublikasına daxil olması, gömrük nəzarəti, rentgen müayinəsi, gömrük rəsmiləşdirilməsi, sənədləşmə işləri, ixrac prosesləri lazımi qaydada və qanuni şəkildə həyata keçirilib, fiziki rentgen müayinəsi zamanı risk faktorları aşkar edilməyib”.

Bu hadisədən sonra “Yuxarı Lars”da erməni yüklərinin daha ciddi yoxlanıldığı barədə məlumatlar var.

Bu da erməni ixracatçılarına əlavə problemlər yaradır. Artıq dünən keçid məntəqəsindən bildirilib ki, Ermənistandan yük daşıyan maşınlar rentgen də daxil olmaqla hərtərəfli yoxlamadan keçir və bu baxımdan keçid məntəqəsində uzun növbə yaranıb.
Səbəb Krım körpüsü ilə bağlı açılan cinayət işidir. Həm də gömrükçülər silah ötürülməsinin qarşısını almağa çalışırlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO