Medvedev də QƏRBİ nüvə silahı ilə hədələdi

Medvedev də QƏRBİ nüvə silahı ilə hədələdi

Hazırda oxunan: Medvedev də QƏRBİ nüvə silahı ilə hədələdi
95221
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Ukraynanın işğal olunmuş ərazilərində “referendumlar” keçiriləcək və onlar Rusiyaya daxil olacaqlar”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Telegram kanalında yazıb.

Onun sözlərinə görə, “azad edilən” bütün ərazilərin mühafizəsi Rusiya Silahlı Qüvvələri tərəfindən əhəmiyyətli dərəcədə gücləndiriləcək:

“Rusiya elan edib ki, o ərazilər istənilən silahla, o cümlədən strateji nüvə silahları ilə müdafiə olunacaq. NATO Krıma zərbə endirəcəyilə bağlı Rusiyanı qorxudur. Unutmasınlar ki, hipersəs (silah növü) Avropa və ABŞ-dakı hədəflərə daha sürətli çata bilər. Amma Qərb isteblişmenti, ümumiyyətlə, NATO ölkələrinin bütün vətəndaşları başa düşməlidirlər ki, Rusiya öz yolunu seçib. Geriyə dönüş yoxdur”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO