Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun 2014-cü ildə elan edərək keçirdiyi “Universitet qrantı”x9d və “Sənaye qrantı”x9d məqsədli müsabiqələrinin qalib layihələrinin elan edilməsi ilə bağlı təqdimat mərasimi keçiriləcək.
“Universitet qrantı”x9d məqsədli müsabiqəsi ölkənin bir sıra ali təhsil müəssisələrində aparılan əhəmiyyətli elmi araşdırma və tədqiqatların daha yüksək səviyyədə dəstəklənməsinə yönəlmiş layihələrin qrantlar yolu ilə ünvanlı şəkildə maliyyələşdirilməsi məqsədilə ilk dəfə olaraq keçirilib. Təhsil Nazirliyi müsabiqənin keçirilməsinə təşkilati dəstək göstərib.
“Sənaye qrantı”x9d məqsədli müsabiqəsi isə “Azərbaycan Respublikasında 2014-cü ilin “Sənaye ili”x9d elan edilməsi haqqında”x9d Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 10 yanvar tarixli 212 nömrəli Sərəncamına və Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 12 mart tarixli 331 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2014-cü ilin “Sənaye ili”x9d elan edilməsi ilə bağlı Tədbirlər Planı”x9dnın “Sənayenin kadr potensialının və elmi təminatının gücləndirilməsi”x9d bölməsinin “Sənayenin inkişafı sahəsində aparılan elmi araşdırma və tədqiqatların dəstəklənməsi”x9d maddəsinə uyğun olaraq, ölkə sənayesinin modernləşdirilməsi və qeyri-neft sənayesinin şaxələndirilməsi, iqtisadiyyatın sənayeləşməsinin sürətləndirilməsi, sənayenin inkişafı üçün mövcud potensialdan daha səmərəli istifadə edilməsinə yönəlmiş əhəmiyyətli elmi-tədqiqat layihələrinin və tədbirlərinin qrantlar yolu ilə maliyyələşdirilməsi məqsədi ilə keçirilib. İqtisadiyyat və Sənaye Nazirliyi müsabiqənin keçirilməsinə, ekspertiza işinin həyata keçirilməsinə təşkilati dəstək göstərib.
Tədbir 2015-ci il 14 may tarixində Bakı şəhəri, “Hilton-Baku”x9d hotelinin “Yaqut”x9d zalında saat 11.00-da başlayacaq.







































































































