Rusiyanın məhdudiyyəti erməni fermerlərə ziyan vurub, Rusiya bazarı təsir hiss etməyib

Rusiyanın məhdudiyyəti erməni fermerlərə ziyan vurub, Rusiya bazarı təsir hiss etməyib

Hazırda oxunan: Rusiyanın məhdudiyyəti erməni fermerlərə ziyan vurub, Rusiya bazarı təsir hiss etməyib
641576
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ermənistanın kənd təsərrüfatı məhsullarının idxalına tətbiq edilən məhdudiyyətlər Rusiya bazarına demək olar ki, təsir göstərməyib, lakin erməni istehsalçıları üçün ciddi problemlər yaradıb.

Bizim.Media xəbər verir ki, bu barədə "Rusprodsoyuz"un icraçı direktoru Dmitri Vostrikov bildirib.

Ermənistan məhsullarının Rusiya idxalındakı payı kateqoriyadan asılı olaraq cəmi 1–7% təşkil etdiyi üçün rusiyalı istehlakçılar qiymət və ya çeşid baxımından heç bir dəyişiklik hiss etməyiblər.

Əsas zərbə Rusiya bazarı bir çox məhsul üzrə yeganə satış məkanı olan Ermənistan istehsalçılarına dəyib.
 

"Rosselxoznadzor" 2026-cı ilin iyununda karantin altında olan məhsulların gətirilməsini, tranzitini və balıq məhsullarını, iyul ayında isə süd məhsullarının idxalını məhdudlaşdırıb.


Qurumun rəhbəri Sergey Dankvert bu addımın siyasi motivlər deyil, məhz Ermənistanda məhsulların keyfiyyət və təhlükəsizliyinə lazımi nəzarətin olmaması ilə bağlı olduğunu açıqlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO