Rusiya Avropa ölkələrinə hücum üçün detallı planlar hazırlayıb - Kiyevdən İDDİA

Rusiya Avropa ölkələrinə hücum üçün detallı planlar hazırlayıb - Kiyevdən İDDİA

Hazırda oxunan: Rusiya Avropa ölkələrinə hücum üçün detallı planlar hazırlayıb - Kiyevdən İDDİA

640073

Rusiya artıq Avropa ölkələrinə hücumla bağlı detallı planlar hazırlayıb.

Bizim.Media xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa deyib.

Onun sözlərinə görə, bununla bağlı Ukrayna və Avropa kəşfiyyat xidmətlərinin məlumatı var. Nazir bildirib ki, söhbət konkret ölkələrin hədəf götürüldüyü və mümkün ssenarilərin ətraflı işlənib hazırlandığı planlardan gedir.

Sibiqa qeyd edib ki, Avropa bu cür ssenarilərin həyata keçirilməsinin qarşısını almaq üçün hazırlaşmalıdır.

Nazir mümkün hədəflərin hansı ölkələr olduğunu və sözügedən ssenarilərin konkret nədən ibarət olduğunu açıqlamayıb.

Sibiqanın sözlərinə görə, Avropa faktiki olaraq artıq Rusiya ilə qarşıdurma vəziyyətindədir. O bildirib ki, Avropa İttifaqı ərazisində baş verən diversiya və sabotajlar artıq sadəcə “hibrid əməliyyatlar” deyil, Rusiyanın Avropaya qarşı apardığı müharibənin bir hissəsidir.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO