İran ordusundan XƏBƏRDARLIQ: "Bütün region irimiqyaslı münaqişəyə qərq olacaq"

İran ordusundan XƏBƏRDARLIQ: "Bütün region irimiqyaslı münaqişəyə qərq olacaq"

Hazırda oxunan: İran ordusundan XƏBƏRDARLIQ: "Bütün region irimiqyaslı münaqişəyə qərq olacaq"

639287

"ABŞ Yaxın Şərqdə həssas vəziyyətdədir, onların hərbi təcavüzünün baş verəcəyi təqdirdə bütün region daha da irimiqyaslı münaqişəyə qərq olacaq".

Bizim.Media xəbər verir ki, bu barədə İran ordusunun sözçüsü general Məhəmməd Əkrəminiya bəyan edib.

 

"Amerikalılar regionda heç də yaxşı vəziyyətdə deyillər. Əgər ABŞ-də hər şey qaydasında olsaydı, onlar vəziyyəti dəyişməyə çalışmazdılar", - deyə o qeyd edib.

 

Əkrəminiyanın sözlərinə görə, İran Silahlı Qüvvələri Vaşinqton tərəfindən ola biləcək potensial zərbələrə hər zamankından daha yaxşı hazırdır.

"Bizim mənəvi-psixoloji hazırlığımız var, biz təchizatımızı optimallaşdırmışıq və döyüş heyətinə yeni silah və texnika nümunələri daxil etmişik. Əgər düşmən təcavüzə cürət edərsə, region əvvəlkindən də şiddətli şəkildə müharibə, qeyri-sabitlik və zorakılığa qərq olacaq, region ölkələri isə daha çox zərər çəkəcəklər", - deyə Əkrəminiya fikrini yekunlaşdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO