Azərbaycandan Ermənistana arpa və buğda ilə dolu qatar göndərildi -VİDEO

Azərbaycandan Ermənistana arpa və buğda ilə dolu qatar göndərildi -VİDEO

Hazırda oxunan: Azərbaycandan Ermənistana arpa və buğda ilə dolu qatar göndərildi -VİDEO

635835

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib.

Bizim.Media xəbər verir ki, 20 vaqondan ibarət, çəkisi 1400 ton olan arpa və 21 vaqondan ibarət, çəkisi 1469 ton buğda Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.
 

Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 60 min tona yaxın taxıl, 9 min tondan çox gübrə, 1414 ton propan, 133 ton alüminium, 1114 ton kömür və 608 ton taxta göndərilib.


Eyni zamanda, indiyədək Azərbaycandan Ermənistana 17 min tona yaxın dizel, 5 min tona yaxın Aİ-92 və Aİ-95 benzini ixrac olunub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO