Ermənistanın Baş naziri Nikol Paşinyan hesab edir ki, respublika müxalifəti - keçmiş prezident Robert Koçaryan və "Taşir" Şirkətlər Qrupunun rəhbəri Samvel Karapetyanın təmsil etdiyi respublika müxalifəti ölkəyə KMTM (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) sülhməramlılarının daxil olmasını istəyir.
Bizim.Media bu barədə “interfax.ru”ya istinadla xəbər verir.
"Sizin məqsədiniz KMTM sülhməramlılarının Ermənistana daxil olmasıdır. Heç bir KMTM sülhməramlısı olmayacaq və ümumiyyətlə, heç bir xarici sülhməramlı olmayacaq", — deyə Paşinyan avqustun 25-də parlamentdə müxalifətin "Ermənistan" və "Güclü Ermənistan" fraksiyalarına müraciətlə bildirib.
"Olmayacaq, çünki sülh bərqərar olub, çünki Ermənistan və Azərbaycan xalqları ən yaxşı sülhməramlılardır", — deyə Paşinyan əlavə edib.
Bizim.Media

































































































