Köçəryana qarşı CİNAYƏT İŞİ – Hansı maddələrlə ittiham olunduğu AÇIQLANDI

Köçəryana qarşı CİNAYƏT İŞİ – Hansı maddələrlə ittiham olunduğu AÇIQLANDI

Hazırda oxunan: Köçəryana qarşı CİNAYƏT İŞİ – Hansı maddələrlə ittiham olunduğu AÇIQLANDI

632927

Korrupsiyaya Qarşı Mübarizə Komitəsi Ermənistan Respublikasının ikinci prezidenti Robert Köçəryana qarşı açılan cinayət işi ilə bağlı təfərrüatları açıqlayıb.

Bizim.Media “armenpress”ə istinadən xəbər verir ki, Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi bununla bağlı açıqlama yayıb.

Məlumata görə, Köçəryan Ermənistan prezidenti vəzifəsini tutarkən əvvəlcədən ona yaxın olan şəxslərlə əlbir olaraq öz xidməti mövqeyindən istifadə edərək müxtəlif uydurma əsaslarla dövlət mülkiyyətindən çıxarılaraq bazar qiymətlərindən xeyli aşağı qiymətə sosial və iqtisadi əhəmiyyətə malik bir sıra qiymətli əmlak obyektləri əldə etməsi barədə məlumatlar əldə edilib.

6 nəfər, o cümlədən keçmiş prezident, onun oğlu və cinayət sxemlərində iştirak edən digər şəxslər saxlanılıb.

Qeyd edək ki, bu gün səhər saatlarında Ermənistanın ikinci prezidenti Robert Köçəryan Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə aparılıb. Bununla yanaşı, Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları Robert Köçəryanın oğlu və “Ermənistan” fraksiyasının deputatı Levon Köçəryanın evində axtarış aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO