Ərdoğan: Tramp F-35-lərlə bağlı söz verib, indi onun yerinə yetirilməsini gözləyirik

Ərdoğan: Tramp F-35-lərlə bağlı söz verib, indi onun yerinə yetirilməsini gözləyirik

Hazırda oxunan: Ərdoğan: Tramp F-35-lərlə bağlı söz verib, indi onun yerinə yetirilməsini gözləyirik

631382

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampdan F-35 qırıcılarının Türkiyəyə tədarükü ilə bağlı vəd aldığını və bunun yerinə yetirilməsini gözlədiyini bildirib.

Bizim.Media xəbər verir ki, Ərdoğan “Al Jazeera” telekanalına müsahibəsində “Trampdan F-35-lərlə bağlı vəd aldım və onun yerinə yetirilməsini gözləyirəm” deyib.
 

Türkiyə 2019-cu ildə Rusiyadan S-400 zenit-raket kompleksləri aldığı üçün F-35 proqramından çıxarılıb. ABŞ Ankara ilə bağlı CAATSA çərçivəsində sanksiyalar da tətbiq edib.


İyul ayında Ankarada keçirilən NATO sammitində Tramp Türkiyəyə qarşı CAATSA sanksiyalarının aradan qaldırılmasının nəzərdən keçirildiyini və Ankaranın F-35 proqramına qayıtmasının mümkün olduğunu bildirmişdi.

Bununla belə, F-35-lərin Türkiyəyə tədarükü hələ də həllini tapmayıb. ABŞ Konqresində mümkün razılaşmaya qarşı çıxanlar var. Bundan əlavə, mövcud qanunvericilik Türkiyənin Rusiyanın S-400 sistemlərinə sahib olduğu müddətdə F-35-lərin Ankaraya verilməsini məhdudlaşdırır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO