Dünən axşam saatlarında İranın Ali Milli Təhlükəsizlik Şurasına yaxınlığı ilə tanınan "Nour News" agentliyi ölkə mediasında Müctəba Xameneinin yeni görüntüsünün yayımlandığını açıqlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.
Məlumata görə, görüntünün "yeni" olması ilə bağlı açıqlama bir sıra suallar doğurub. ABŞ və İsrailin İrana qarşı son hücumlarından sonra Xamenei ictimaiyyət qarşısında açıq şəkildə görünməyib.
Bu müddət ərzində İran mediasında onun, əsasən, əvvəlki illərdə çəkildiyi ehtimal olunan görüntü və fotoları yayımlanıb.
Bildirilir ki, İran mediasının "yeni görüntü" təqdimatı fonunda diqqətçəkən məqam materialın dəqiq nə vaxt və hansı şəraitdə çəkildiyinin açıqlanmamasıdır.

Bizim.Media

- A-
- A
- A+
Region
13:07 / 11.08.2026
Müctəba Xameneinin yeni görüntüsü yayımlanıb: Şəklin çəkilmə tarixi açıqlanmır – FOTO
Hazırda oxunan: Müctəba Xameneinin yeni görüntüsü yayımlanıb: Şəklin çəkilmə tarixi açıqlanmır – FOTO
Hazırda oxunan: Müctəba Xameneinin yeni görüntüsü yayımlanıb: Şəklin çəkilmə tarixi açıqlanmır – FOTO
630479
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































