Xameneinin ofisi Pezeşkianın istefası ilə bağlı iddiaları təkzib etdi

Xameneinin ofisi Pezeşkianın istefası ilə bağlı iddiaları təkzib etdi

Hazırda oxunan: Xameneinin ofisi Pezeşkianın istefası ilə bağlı iddiaları təkzib etdi

629424

Dünən İranın ali rəhbəri Müctəba Xameneyinin ictimaiyyətlə əlaqələr ofisi prezident Məsud Pezeşkianın guya istefa məktubuna verilən cavabla bağlı yayılan məlumatları təkzib edib.

Bizim.Media xəbər verir ki, bəyanat, İran "Hizbullah" təşkilatının baş katibi və Xameneinin qohumu olan radikal hökumət mollası Məhəmmədbağır Xərrazinin Pezeşkianın yenidən istefa verməsi halında Xameneinin bunu qəbul edəcəyi barədə iddialarından sonra yayılıb.
 

Xameneyinin ofisinin açıqlamasında deyilir: “Sosial mediada ali liderin hörmətli prezidentin məktubuna verdiyi cavabla bağlı irəli sürülən iddialar tamamilə yalandır və həqiqətə uyğun deyil”.


Bəyanatda, həm də qeyd olunub ki, cəmiyyətdə fikir ayrılığına səbəb olan və dövlət rəsmiləri barədə həqiqətə uyğun olmayan məlumatların yayılması İranın düşmənlərinin maraqlarına xidmət edir. (Tabnak)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO