Rusiya həyətlərində DYP avtomobillərindən "SVO" təbliğatı: “Qələbəyə səs verin” – VİDEO

Rusiya həyətlərində DYP avtomobillərindən "SVO" təbliğatı: “Qələbəyə səs verin” – VİDEO

Hazırda oxunan: Rusiya həyətlərində DYP avtomobillərindən "SVO" təbliğatı: “Qələbəyə səs verin” – VİDEO

628145

Rusiyanın bəzi şəhərlərində Dövlət Yol Polisi (DYP) avtomobillərinin səsgücləndiriciləri vasitəsilə "xüsusi hərbi əməliyyat" (SVO) ilə bağlı təbliğat xarakterli müraciətlər səsləndirildiyi bildirilir.

Bizim.Media xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə xidməti avtomobillərdən həyətlərdə yaşayan sakinlərə siyasi məzmunlu çağırışlar edildiyi iddia olunur.

Məlumata görə, səsgücləndiricilərdən "SVO-da qələbəyə səs verin, güclü Rusiyaya səs verin" məzmunlu şüarlar səsləndirilir.

Görüntülərin hansı bölgədə çəkildiyi və nə vaxt baş verdiyi barədə rəsmi məlumat verilməyib. Rusiya dövlət qurumları da yayılan videolarla bağlı hələlik açıqlama verməyiblər.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO