Rusiya Ermənistana qarşı məhdudiyyətləri genişləndirdi

Rusiya Ermənistana qarşı məhdudiyyətləri genişləndirdi

Hazırda oxunan: Rusiya Ermənistana qarşı məhdudiyyətləri genişləndirdi

621650

Rusiya Ermənistandan balıq məhsullarının idxalına tətbiq etdiyi məhdudiyyətləri genişləndirərək, daha iki müəssisənin məhsullarının sertifikatlaşdırılmasını aşkarlanmış pozuntular aradan qaldırılanadək müvəqqəti dayandırıb.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (Rosselxoznadzor) məlumat yayıb.

Son qərara əsasən, Ermənistandan Rusiyaya balıq və balıq məhsullarının bütün tədarükü müvəqqəti olaraq dayandırılıb.
 

Xatırladaq ki, Rosselxoznadzor may ayından etibarən Ermənistandan məhsul idxalına mərhələli şəkildə məhdudiyyətlər tətbiq edir. Əvvəlcə bir sıra balıq emalı müəssisələri və gül tədarükü yoxlamalara məruz qalıb, ardınca tərəvəz, göyərti və çiyələk məhsullarına məhdudiyyət tətbiq olunub. İyunun 2-dən etibarən məhdudiyyətlər çəyirdəkli meyvələr və üzümə, iyunun 12-dən isə konserv məhsulları istisna olmaqla, demək olar ki, Ermənistan mənşəli bütün bitkiçilik məhsullarına şamil edilib.


Qurum bu qərarları aşkar edilmiş pozuntular və fitosanitar təhlükəsizliyin təmin edilməsi zərurəti ilə izah etsə də, məhdudiyyətlər Ermənistanın Avropa İttifaqına üzvlük prosesinə başlamaq qərarından sonra tətbiq olunmağa başlayıb. Rusiya Prezidenti Vladimir Putin İrəvandan Avropa İttifaqı və Avrasiya İqtisadi Birliyi arasında seçim tələb edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO