UFC döyüşçüsü separatçıların “bayrağını” rədd etdi – VİDEO

UFC döyüşçüsü separatçıların “bayrağını” rədd etdi – VİDEO

Hazırda oxunan: UFC döyüşçüsü separatçıların “bayrağını” rədd etdi – VİDEO

621459

Ermənistan cəmiyyətində separatçı rejimə məxsus qondarma simvolların həm beynəlxalq idman arenasında, həm də ölkə daxilində rədd edilməsi dalğası genişlənir. Eyni gündə həm məşhur UFC döyüşçüsü Arman Çarukyan separatçıların rəmzini əlinə almaqdan imtina edib, həm də İrəvanın mərkəzində qondarma "bayraq" sökülüb.

Bizim.Media xəbər verir ki, bu barədə məlumat idman mediasında və Ermənistan mətbuatında yayılıb.

UFC-nin yüngül çəkidə reytinqində ikinci sırada qərarlaşan erməni əsilli Rusiya döyüşçüsü Arman Çarukyan diqqətçəkən addımı ilə gündəmə gəlib. İdmançı erməni separatçılarının özlərinə rəmz hesab etdikləri qondarma "bayrağı" əlinə almaqdan qəti şəkildə imtina edib.
 

Məlumata görə, azarkeşlərdən biri separatçı rejimin simvolunu nümayiş etdirərək döyüşçüyə yaxınlaşıb və həmin qondarma parçasını idmançıya ötürmək istəyib. Lakin Arman Çarukyan dərhal reaksiya verərək həmin rəmzi əlinə almaqdan imtina edib və ondan uzaqlaşıb. Döyüşçünün bu addımı sosial şəbəkələrin erməni seqmentində ciddi narazılıq və təşvişə səbəb olub.


Eyni zamanda Ermənistanın paytaxtı İrəvanda bir neçə gündür Fransa meydanındakı separatçı simvolika ətrafında gərginlik davam edir. Daşnaksütun Partiyasının (ARF) Gənclər İttifaqının yaydığı məlumata görə, ötən gecə İrəvan meriyasının sərəncamı ilə meydandakı qondarma "bayraq" ərazidən tamamilə sökülərək götürülüb.

Bu addıma etiraz edən və qondarma rəmzi yenidən meydana quraşdırmağa çalışan daşnaklardan iki nəfər gecə saatlarında polis tərəfindən saxlanılıb. Partiya rəsmiləri meriyanın bu qərarından və separatçı rəmzlərin şəhərdən təmizlənməsindən ciddi şəkildə narazılıqlarını ifadə ediblər.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO